Yasamaldakı yanğında 5 nəfər xilas edilib

Yasamaldakı yanğında 5 nəfər xilas edilib
  02 Oktyabr 2017    Oxunub:1834
Yasamalda ev yanıb, 5 sakin təxliyə olunub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzildə 1 ədəd divan yanıb.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Yasamal  





Xəbər lenti