45 yaşlı qadın oğluna görə özünü öldürmək istədi

45 yaşlı qadın oğluna görə özünü öldürmək istədi
  02 Oktyabr 2017    Oxunub:1911
Mingəçevirdə 45 yaşlı qadın intihara cəhd edib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7, mənzil 14 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Məmmədova Yaqut Gülhəsən qızı qida üçün uyğun olmayan zərərli maddə içərək özünü öldürmək istəyib.

Zəhərlənmiş qadın təcili xəstəxanaya çatdırılıb. Onun sirkə turşusu, yaxud digər zəhərli maye qəbul etdiyi müayinələrdən sonra məlum olacaq. Xəstənin vəziyyəti orta-ağırdır.

Yaqut Məmmədovanın qan çatışmazlığı və dalaq xəstəliyindən əziyyət çəkən oğlunu müalicə etdirməyə imkanı olmadığı üçün intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Mingəçevir   İntihar  





Xəbər lenti