Bakıda iki mərtəbəli ev yanıb

Bakıda iki mərtəbəli ev yanıb
  30 Sentyabr 2017    Oxunub:1523
Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 350 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evin hamamında lambirdən ibarət tavan 5 kvadratmetr sahədə və evin çardağı 10 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti