Maşından pul oğurlayan şəxs tutulub

Maşından pul oğurlayan şəxs tutulub
  29 Sentyabr 2017    Oxunub:1879
Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Bakı şəhər sakini Nəzirə Hüseynovaya məxsus “KİA” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Əlizadə tutulub.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti