Lütfi Zadənin cənazəsi Bakıya gətirilib - VİDEO

Lütfi Zadənin cənazəsi Bakıya gətirilib - VİDEO
  29 Sentyabr 2017    Oxunub:4538
Amerikada dünyasını dəyişən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi bu gün Bakıya gətirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazənin qarşılanmasında elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi xüsusi ayrılmış maşınla Heydər Əliyev Beynəlxalq Aeroportundan Heydər Məscidinə aparılıb.
Qeyd edək ki, alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.


(video ARB TV-yə məxsusdur)

AzVision.az


Teqlər: Lütfi-Zadə  





Xəbər lenti