Daşkəsəndə 3 otaqlı ev yanıb

Daşkəsəndə 3 otaqlı ev yanıb
  29 Sentyabr 2017    Oxunub:1589
Daşkəsəndə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Aşağı Daşkəsən kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti