Avtomobillə vurulan iki piyada öldü

Avtomobillə vurulan iki piyada öldü
  28 Sentyabr 2017    Oxunub:1318
Abşeronda iki piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 20.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kənan Şirinov idarə etdiyi “Ford” markalı mikroavtobusla yolu keçən qəsəbə sakini Elşən Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Anoloji hadisə həmin gün saat 22.00 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini Namiq Əhmədxanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nəbi Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: qəza   DİN  





Xəbər lenti