Yaponiya parlamenti Kim Çen Ina görə istefaya göndərildi

Yaponiya parlamenti Kim Çen Ina görə istefaya göndərildi
  28 Sentyabr 2017    Oxunub:1782
Yaponiya parlamenti vaxtından əvvəl istefaya göndərilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, parlamentin aşağı palatasının istefaya göndərilməsinə səbəb Şimali Koreyanın nüvə-raket təhdididir.

“Bu, Yaponiyanı, vətəndaşların dinc yaşayışını necə qorunmalı olduğunu cavablandıracaq seçkilər olacaq”, - deyə Yaponiyanın baş naziri Sindzo Abe bildirib.

Onun sözlərinə görə, palatanın yeni heyəti Yaponiya və yapon gənclərinin gələcəyinə gedən yolu təmizləməlidir.

Qeyd edək ki, deputatların səlahiyyətləri yalnız gələn ilin dekabrında bitməli idi.
Yaponiya müxalifəti isə Sindzo Abenin bu qərarını tənqid edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Yaponiya   Parlament  





Xəbər lenti