Azərbaycana ilk qar yağdı - FOTO

Azərbaycana ilk qar yağdı - FOTO
  28 Sentyabr 2017    Oxunub:4989
Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
AzVision.az Report-a istinadən xəbər verir ki, ilk qar, əsasən, Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan kəndlərə, həmçinin, Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.





AzVision.az


Teqlər: Qar  





Xəbər lenti