Polis qəzada ölən qadının yaxınlarını axtarır

Polis qəzada ölən qadının yaxınlarını axtarır
  27 Sentyabr 2017    Oxunub:1789
Bakıda 3 ay əvvəl qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 39-42 yaşlarında qadın 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra xəstəxanada ölüb.

Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahizarov Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.

Həmin qadının xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti