AYAFE gənclər təşkilatı iqtisadçı tələbələrlə əməkdaşlıq edəcək

AYAFE gənclər təşkilatı iqtisadçı tələbələrlə əməkdaşlıq edəcək
  27 Sentyabr 2017    Oxunub:4231
26 sentyabr tarixində AYAFE Gənclər Təşkilatı (Association of Young Azerbaijani Friends of Europe) ilə “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi (SUES) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum Azərbaycan gənclərinin yerli və beynəlxalq könüllülük proqramlarına, təlimlərə, layihələrə və müvafiq tədbirlərə cəlb edilməsi, dövlət proqramları və milli fəaliyyət planlarında yer almış beynəlxalq sahə ilə bağlı fəaliyyətlərdə iştirakının təmin edilməsisahəsində əməkdaşlığı əhatə edir.



Bundan əlavə sözügedən əməkdaşlıq gənclərin elmi biliklərinin artırılması,gənclər arasında əməkdaşlığın geniş vüsət alması məqsədi ilə müxtəlif formatlı birgə yay düşərgələrinin, beynəlxalq konfransların təşkil olunmasını əhatə edir.



Əməkdaşlıq memorandumu AYAFE Gənclər Təşkilatının sədr əvəzi Qasım Xasməmmədli və SUES sədri İlkin Mirzəzadə tərəfindən imzalanıb.







Teqlər:





Xəbər lenti