İsmayıllıda dəhşətli qəza - 7 nəfər ölüb

İsmayıllıda dəhşətli qəza - 7 nəfər ölüb
  27 Sentyabr 2017    Oxunub:7787
İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   İsmayıllı   Qəza  





Xəbər lenti