Ölkəmizdə hələ də sovet mənşəli küçələr var - VİDEO

Ölkəmizdə hələ də sovet mənşəli küçələr var - VİDEO
  27 Sentyabr 2017    Oxunub:2647
Qaradağ rayonunun Səngəçal qəsəbəsində hələ də sovet mənşəli küçə adları qalmaqdadır. Qəsəbədə küçələrdən biri “Oktyabrın 70 illiyi” adlanır.
Yerli sakinlər küçənin adı dəyişdirilərsə, onların qeydiyyat məsələlərində müəyyən problemlər yaranacağından qorxurlar. Bu səbəbdən onlar küçənin adı ilə bağlı heç yerə müraciət etməyiblər.

“Oktyabrın 70 illiyi” küçəsinin sakinləri deyirlər ki, yalnız onların küçəsi belə adlanmır. Qəsəbədə bir neçə sovet mənşəli adları daşıyan küçələr var. Məsələn, “Oktyabrın 50 illiyi”, “Suvorov” küçəsi və sairə.

Yerli sakinlərin iddialarını Qaradağ Rayon İcra Hakimiyyəti də təsdiqləyib. Qurumdan bildiriblər ki, hətta Qobustan ərazisində də belə küçə adları var.

Bütün bu sovet mənşəli küçə adları ilə bağlı təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yalnız müvafiq təsdiq qərarından sonra bu adlar dəyişdiriləcək. (Xəzər TV)



AzVision.az


Teqlər: Qobustan   Sənqəçal   Küçə  





Xəbər lenti