Saatlıda 4 otaqlı ev yanıb

Saatlıda 4 otaqlı ev yanıb
  27 Sentyabr 2017    Oxunub:1715
Saatlıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nə istinadən verdiyi xəbərə görə, yanğın rayonun Mollavazlı kəndində ümumi sahəsi 88 m2 olan birmərtəbəli, 4 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   Saatlı   Yanğın  





Xəbər lenti