Putindən Ərdoğan və Ruhaniyə kritik zəng – Kürdüstan müzakirəsi
Peskov Kremlin ənənəvi olaraq danışıqların detallarını açıqlamadığını bildirib: “Bu mövzuya telefon danışığında toxunulub. Bu məsələdə Rusiyanın mövqeyi dəyişməzdir. Biz hesab edirik ki, ölkələrin ərazi bütövlüyü və siyasi bütövlüyü kritik problemlərin bol olduğu regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün olduqca önəmlidir”.
Qeyd edək ki, ötən gün İraqın şimalındakı kürd muxtar bölgəsində keçirilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb. Referendumda seçici fəallığı 78 faiz olub.
Son məlumatlara əsasən, 227 min 858 seçici bülleteni sayılıb. Bu saata olan nəticələr göstərir ki, kürd seçicilərin 93.7 faizi referenduma “Hə” deyib, cəmi 6.3 faiz isə müstəqilliyə qarşı səs verib.
Eldar Tanrıverdiyev
AzVision.az