Ermənistanda müəllimlər aclıq aksiyasına başladılar - VİDEO

Ermənistanda müəllimlər aclıq aksiyasına başladılar - VİDEO
  26 Sentyabr 2017    Oxunub:2618
Ermənistanda Varges Petasyan adına orta məktəbin müəllimləri aclıq aksiyasına başlayıblar.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müəllimlər məktəbin istifadəyə yararsız olduğunu bəyan ediblər.
"2017-ci il sentyabrın 25-də Varges Petasyan adına məktəbin valideyn şurasının sədrlərinin iclasında qərara alınıb ki, bu ilin sentyabrın 26-dan aclıq aksıyasına başlanılsın. Bizim tələblərimiz bunlardan ibarətdir: məktəbin bərpası və ibtidai məktəbi dərhal qonşuluqda yerləşən məktəb binalarından birinə köçürmək".



Emil Quliyev
AzVision.az


Teqlər: Ermənistan   Etiraz   Aclıq   Aksiya  





Xəbər lenti