“Eurovision”un qalibinin vəziyyəti ağırdır

“Eurovision”un qalibinin vəziyyəti ağırdır
  26 Sentyabr 2017    Oxunub:2356
“Euroviosion-2017” mahnı müsabiqəsinin qalibi, portuqaliyalı müğənni Salvador Sobralın vəziyyəti qəfildən pisləşib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni reanimasiyaya yerləşdirilib.

Məlumata görə, S.Sobral ürəyin fəaliyyətinə kömək edən xüsusi aparata qoşulub.

Qeyd edək ki, 27 yaşlı müğənni ürəyindəki problemə görə səhnədən getdiyini bildirmişdi. Həkimlər ona dincəlmək üçün musiqi karyerasında fasilə etməyi məsləhət görüblər.

AzVision.az


Teqlər: Eurovision  





Xəbər lenti