Tramp Şimali Koreyaya qarşı müharibə elan edib

Tramp Şimali Koreyaya qarşı müharibə elan edib
  26 Sentyabr 2017    Oxunub:1785
Şimali Koreyanın xarici işlər naziri Ri Yong-ho ABŞ prezidenti Donald Trampın onun ölkəsinə qarşı müharibə elan etdiyini deyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, XİN rəhbəri istənilən hücuma qarşılıq veriləcəyini diqqətə çatdırıb.

“ABŞ bizim hava məkanımıza girsə, onların qırıcı təyarələrini vurmağa haqqımız var. Şimali Koreyanı savaşla təhdid edən ilk ölkənin Amerika olduğunu unutmayın. Tramp bizə müharibə elan edib. Ölkəmizə müharibə elan edən ABŞ-a qarşı hər cür cavab verməyə hazırıq” - Şimali Koreya rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Şimali-Koreya  





Xəbər lenti