Kürdlərin referendumu başa çatdı - Səslər hesablanır

Kürdlərin referendumu başa çatdı - Səslər hesablanır
  26 Sentyabr 2017    Oxunub:2360
Türkiyə, İran və rəsmi Bağdadın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, İraq Kürdüstanında müstəqillik referendumu keçirilib.
AzVision.az xəbər verir ki, bu gün səhər saat 08:00-da başlayan səsvermə 19:00-da başa çatıb.

Hazırda səslərin sayıldığı bildirilir. Seçkidən əvvəl referendumda 5 milyon 200 min seçicinin iştirak edəcəyi gözlənilirdi.

Referendumla əlaqədar bölgədə vəziyyət kritik həddədir. İraq hökuməti referendum qərarından imtina etməyən kürd lider Məsud Bərzanidən bütün sərhəd-keçid məntəqələrini və hava limanlarını təslim etməsini tələb edib. Eyni zamanda İran İraq Kürdüstanı ilə hava məkanını bağlayıb.

AzVision.az


Teqlər: İraq   Referendum   Kürdüstan  





Xəbər lenti