Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi vaxt açıqlanıb
AzVision.az-ın məlumatına görə, AzərTAc-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu bu işlə məşğul olan şirkətə istinadən bildirib ki, görkəmli alimin nəşinin Azərbaycana yola salınması gələn həftənin əvvəlində baş tutacaq.
Bildirilib ki, Lütfi Zadənin nəşi sentyabr ayının 26-da San Fransiskodan yola salınacaq və onun ayın 29-da Bakıya çatması gözlənilir.
AzVision.az
Teqlər: Lütfi-Zadə