İrəvanda müstəqillik günü tədbirində qalmaqal düşdü - VİDEO
AzVision.az
erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz edən bir qrup qadın “Yerkrapah” könüllülər ictimai təşkilatının rəhbəri, general Manvel Qriqoryanın qarşısını kəsiblər.
Aclıq və səfalətdən əziyyət çəkən ermənilər məmurlarda pul qoparmağa çalışıblar. Manvel Qriqoryan bəzilərinin şikayətini qulaqardına vurub, bəzilərini isə susdurmaq üçün pul verib.
Ərazidə olan digər rəsmi şəxslərdən də şikayətçilərin tələbləri olub. Belə məqamda hərbi geyimdə olan bir qadın şikayətçiləri təpikləməyə və onları təhqir etməyə başlayıb.
Dövlət rəsmiləri həmin qadını ərazidən uzaqlaşdırmaqla vəziyyəti sakitləşdirməyə çalışıblar. Həmin görüntüləri lentə alan jurnalistlərə isə etirazlarını bildiriblər.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan İrəvan