Linkolnun heykəlini cızan gənci 10 il həbs gözləyir - Fotolar

Linkolnun heykəlini cızan gənci 10 il həbs gözləyir - Fotolar
  21 Sentyabr 2017    Oxunub:1567
ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnın Vaşinqtondakı heykəlini cızAN Qırğızıstan vətəndaşı, 21 yaşlı Nurtilek Bakirov saxlanılıb.
AzVision.az xəbər veRir ki, “New York Daily News” nəşrinin məlumatına görə, onun qəpiklə postamentə öz adını cızdığı bildirilir.



ABŞ hüquq-mühafizə orqanları onun bu hərəkətini vandalizm kimi qiymətləndirib və buna görə 2000 dollar cərimələyib. Qırğızıstanın Vaşinqtondakı səfirliyi heykəli cızmış gəncə hüquqi yardım ediləcəyi bildirilib.



Qeyd edək ki, əgər gəncin günahı məhkəmə tərəfindən sübuta yetirilərsə, onu 25 min dollara qədər cərimə və ya 10 ilədək həbs cəzası gözləyir. O, oktyabrın əvvəlində məhkəmə toplantısında iştirak etməlidir.



AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti