Gəncədə ev yanıb

Gəncədə ev yanıb
  21 Sentyabr 2017    Oxunub:1473
Gəncədə 3 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Gəncə şəhəri, Məhsəti qəsəbəsində ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 kv.m sahədə və dam örtüyü 15 kv.m sahədə yanıb.

Yüksək temperaturdan evə bitişik tikilmiş talvarın lambirindən ibarət tavanı 36 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: Gəncə   yanğın   FHN  





Xəbər lenti