Ərdoğan Putinlə görüşəcək

Ərdoğan Putinlə görüşəcək
  21 Sentyabr 2017    Oxunub:1727
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezidentlərin görüşü sentyabrın 28-də baş tutacaq.

Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda Putinlə görüşəcəyini təsdiqləyib. O, bildirib: “Gələn bazar ertəsi cənab Putinlə telefon danışığımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik”.

Türkiyə prezidenti Putinlə bir sıra məsələləri, o cümlədən Suriya problemini müzakirə edəcəyini deyib.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Putin  





Xəbər lenti