Xızıda külli miqdarda hərbi sursat tapılıb

Xızıda külli miqdarda hərbi sursat tapılıb
  19 Sentyabr 2017    Oxunub:1796
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, sentyabrın 18-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 otlaq sahəsinə və 1 həyətyanı sahəyə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 386 ədəd partlamamış hərbi sursat (PHS), 76 ədəd partlamış-yanmış mərmi qalıqları və 941 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 166 000 kv.m (16.60 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 23 gün ərzində 6 608 ədəd partlamamış hərbi sursat (PHS), 3 594 ədəd partlamış-yanmış sursat qalıqları və 9 476 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 328 738 kv.m (3 632.87 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: Xızı   ANAMA  





Xəbər lenti