Əfsanəvi “Rammstein” fəaliyyətini dayandırır – VİDEO

Əfsanəvi “Rammstein” fəaliyyətini dayandırır – VİDEO
  18 Sentyabr 2017    Oxunub:2061
Almaniyanın məşhur metal qrupu olan “Rammstein” fəaliyyətini dayandırır.

AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri qrupa yaxın olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən sonucu dəfə 2009-cu ildə albom buraxan qrup son albomunu tamaşaçılara təqdim etməyə hazırlaşır.

“Bild” yazır ki, qrupun yeni albomu bu ilin sonunda işıq üzü görə bilər. Daha əvvəl qrupun gitaristi Rixard Kruspe öz müsahibəsində albomun qrupun sonuncu işi ola biləcəyini demişdi.

Qeyd edək ki, Rammstein qrupu 1994-cü ildə Berlində yaradılıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rammstein  





Xəbər lenti