İŞİD-in “müharibə naziri” öldürüldü

İŞİD-in “müharibə naziri” öldürüldü
  08 Sentyabr 2017    Oxunub:1414
Rusiya aviasiyanın Suriyanın Deyr-ez-Zor şəhərində İŞİD mövqelərinə endirdiyi zərbələr nəticəsində qruplaşmanın "müharibə naziri" Gülmurod Halimov zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İŞİD-in komanda məntəqəsinə endirilən aviazərbələr nəticəsində "müharibə naziri" Gülmurod Halimov öldürülüb. Hava zərbələri zamanı beynəlxalq terror qruplaşmasının "müharibə naziri" müşavirədə olub. Halimov aviazərbələr nəticəsində aldığı yaralardan həlak olub", - deyə Rusiya MN-in yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, G. Halimov Tacikistan "OMON"-un sabiq komandiri, polkovnik olub. O, İŞİD-də qoşulduqdan sonra "əl-Taciki" adı ilə tanınıb.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: İŞİD   Suriya   Rusiya  





Xəbər lenti