İsmayıllıda 2 otaqlı ev yanıb

İsmayıllıda 2 otaqlı ev yanıb
  08 Sentyabr 2017    Oxunub:1517
İsmayıllı rayonu, Lahıc qəsəbəsində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İsmayıllı rayonu, Lahıc qəsəbəsində ümumi sahəsi 120 m2 olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   İsmayıllı.  





Xəbər lenti