Filmin ilk 8 seriyası XX əsrin 30-60-cı illərində baş verən hadisələrə həsr edilib. Bu serial tamaşaçıya keçən əsrin atmosferini dərindən dərk etməyə və həmin dövrdə baş verən hadisələri hiss etməyə kömək edəcək. Onlar həmçinin bu film vasitəsilə iki müxtəlif dövrü müqayisə edə biləcəklər.
“Qanun naminə” ssenarisinin müəllifi yazıçı İsmayıl İmanov, operatoru Nadir Mehdiyev, rejissoru Xanlar Ağayev, bəstəkarı Rəşad Həşimovdur.
Filmdə tarixi xronika və sənədlərdən, həmçinin arxiv materiallarından istifadə olunur. Serial stereomusiqidən istifadə etməklə HD formatında çəkilir. Filmdə xalq artisti Rasim Balayev, Əbdülqəni Əliyev və başqa aktyorlar rol alıblar. “Qanun naminə” filminin ilk seriyaları bu ilin sonunda ekrana çıxacaq.
AzVision.az