Rafiq Hüseynovun vəziyyəti yaxşı deyil

  06 Sentyabr 2017    Oxunub : 2344
Rafiq Hüseynovun vəziyyəti yaxşı deyil
Bu yaxınlarda Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti yaxşı deyil. Əməliyyatdan sonra özünü yaxşı hiss etmir.

Bunu AzVision.az-a xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova deyib.
O, həyat yoldaşının hazırda həkim nəzarətində olduğunu bildirib: “Rafiq palataya köçürülsə də, səhhəti yaxşı deyil. Narahatam. Huşu özündədir, ancaq heç nəyə reaksiya vermir, danışmır”.

Qeyd edək ki, R. Hüseynov bir neçə gün öncə ikinci dəfə bağırsaq əməliyyatı keçirib. O, həmçinin ağciyər xərçəngindən əziyyət çəkir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Xalq-artisti   Rafiq-Hüseynov   Diktor