II Avropa oyunlarının Minskdə keçirilməsi rəsmiləşdi

II Avropa oyunlarının Minskdə keçirilməsi rəsmiləşdi
  01 Sentyabr 2017    Oxunub:1423
Minsk və Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi II Avropa oyunlarının 2019-cu ildə keçirilməsinə dair müqavilə imzalayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verirki, sənədi Minsk şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets, AOK-un prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiançiç, həmçinin Belarus və Avropanın digər idman rəsmiləri imzalayıb.

Yarış proqramına 15 idman növü daxil edilib. Buraya badminton, 3×3 basketbol, boks, güləş, velosiped idman növü, gimnastika, cüdo, karate, yüngül atletika, stolüstü tennis, çimərlik futbolu və s. daxildir.

Atletlər Minskdə 23 idman növü üzrə 189 mükafat dəsti uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, ilk Avropa oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilib.

AzVision.az


Teqlər: Minsk   Avropa-Oyunları  





Xəbər lenti