Ermənistan S-350 alır? - Azərbaycanda isə “Barak-8” də var

Ermənistan S-350 alır? - Azərbaycanda isə “Barak-8” də var
  31 Avqust 2017    Oxunub:7788
Rusiya gələn il Cənubi Koreya ilə birgə hazırladığı C-350E “Vityaz” zenit-raket sistemini xarici sifarişçilərə təklif edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, yeni sistem “С-400” raket komplekslərindən yığcam və ucuz olsa da, “C-300” raket komplesinin bütün imkanlarına malikdir:

“Yeni sistem yaxın döyüşdə “Zireh” və ya “Torami” əlavə qoruyuclar olmadan da işləyə bilər. Bunun sayəsində “С-350E”, hətta “Buk-M3”-dən üstündür. Bu silahı xüsusən pilotsuz təyyarələrin və qanadlı raketlərin hücumlarından qorxan ölkələr daha çox istəyə bilər. Çünki C-350E “Vityaz” pilotsuz təyyarələrdən, qanadlı raketlərdən müdafiə olunmağa imkan verir və Hava Hücumundan Müdafiə sistemi ilə təchiz olunub”.



Nəşr qeyd edib ki, silah hərəkətdə olduğu zaman atəş açmır. Lakin onun döyüşə hazır olması cəmi beş dəqiqə çəkir: “Yeni silah 60 km yüksəklikdə və 10 m-dən 30 km-ə qədər məsafədə olan aerodinamik hədəfləri, təyyarə və qanadlı raketləri məhv etmək qabiliyyətinə malikdir. 3PC 30 km məsafədə və 25 km hündrülükdə olan ballistik hədəfləri də sıradan çıxara bilər. Bir qurğu 12 raketlə təchiz edilib. Ekipaj üzvü isə 3 nəfərdir. İş tamamilə avtomatik aparılır”.



Qəzetin iddiasına görə, hələ ki, Azərbaycan bu yeni silah növünü almağa tələsmir: “Ermənistanın bu silahı alması ilə bağlı fikirlər ekspertlər səviyyəsində səslənir. Lakin istisna deyil ki, Rusiya güzəştli qiymətlərlə Ermənistana bu kompleksi sata bilər. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələrinin silah təchizatında olan pilotsuz uçuş aparatları rəsmi İrəvanı ciddi narahat edir. Digər tərəfdən Azərbaycanın bu silahı almasına da ehtiyac yoxdur. Çünki, onun silah arsenalında “С-350E”-nin texniki-taktiki göstəricilərindən dəfələrlə üstün olan “Barak-8” uzun mənzilli zenit-raket kompleksləri var”.



Qeyd edək ki, İvrit dilində “İldırım” mənasını verən “Barak” ZRK İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. ZRK “Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. “Barak-8” ZRK-nin atış mənzili 90 km, “Barak-8ER” konfiqurasiyasının isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). Bəzi sifarişlərdə kompleksə “Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 “Gren Pine” radarı daxil edilib. “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   Silah  





Xəbər lenti