İslam Kərimovun qızı səfir postundan gedir

İslam Kərimovun qızı səfir postundan gedir
  28 Avqust 2017    Oxunub:2851
Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova – Tillyaeva ölkənin YUNESKO-dakı daimi nümayəndəsi postundan gedəcək.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, L.Kərimova bu barədə Səmərqənndə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bəyan edib.
“Yaxın gələcəkdə ailə, şəxsi hədəflərim və İslam Kərimov Fondunun həyata keçirdiyi layihələrə diqqətimi cəmləşdirmək üçün səfir postundan gedəcəyəm”, - deyə 39 yaşlı Lola vurğulayıb.

Qeyd edək ki, Özbəkistanın Baş Prokurorluğu sabiq prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova qarşı 2015-ci ildə ittiham irəli sürüb və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gülnazə hazırda həbsdədir. Prokurorluğun məlumatına əsasən, iki cinayət işi üzrə dövlətə vurulan zərərin ümumi miqdarı təxminən 2 milyard dollara yaxındır. Özbəkistan Gülnarənin daxil olduğu cinayətkar qrupun 12 ölkədəki 1,5 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Özbəkistan   İslam-Kərimov  





Xəbər lenti