Quba sakini keçmiş arvadını bıçaqladı

Quba sakini keçmiş arvadını bıçaqladı
  28 Avqust 2017    Oxunub:1415
Qubada bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Quba rayonunun Barlı kəndində yaşayan Telman Ağazadə həyətində qardaşı Nərimanla mübahisə edərkən onları sakitləşdirmək istəyən, həmin həyətdəki digər evdə yaşayan keçmiş arvadı Məleykəyə bıçaqla xəsarət yetirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Ağazadə tutulub.

AzVision.az


Teqlər: DİN   Quba  





Xəbər lenti