Nyu-Yorkda Trampa məzəli heykəl qoydular

Nyu-Yorkda Trampa məzəli heykəl qoydular
  17 Avqust 2017    Oxunub:1885
Amerikanın Nyu-York şəhərində prezident Donalt Trampın heykəli düzəldilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, heykəlin müəllifi heykəltaraş Aleks Qarbeqadır. Tam ölçüdə təsvir olunan heykəldə Amerika lideri oturacaqda əyləşib, göyərçinləri tvitlərlə yemləyir. Heykəl gildən hazırlanıb.

"Bu nə trampı dəstəkləmək üçün, nə də onun əleyhinə olan bir aksiyadır. Məni sadəcə onun tvitlərinin gücü heyrətləndirir. Onun ünsiyyət manerası bir incəsənətdir, o insanları dəli edir".

Aleks yaradıcı işini "Trampsi" adlandırıb: "Mən küçə artistini, Trampsini yaratdım, o göyərçinləri yemləmək üçün öz işindən ayrı düşüb".

Qeyd edək ki, heykəl şəhər qonaqları və sakinlər arasında qısa vaxtda məşhurlaşıb. İnsanlar heykəllə şəkil çəkdirir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti