Sumqayıtda qadını boğaraq öldürüblər

Sumqayıtda qadını boğaraq öldürüblər
  08 Avqust 2017    Oxunub:1906
Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Sumqayıt   Qətl  





Xəbər lenti