Dənizdə batan şəxs xilas olunub

Dənizdə batan şəxs xilas olunub
  08 Avqust 2017    Oxunub:1035
Bakıda daha bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti