2 gün əvvəl Kürdə batan şəxsin cəsədi tapılıb

2 gün əvvəl Kürdə batan şəxsin cəsədi tapılıb
  08 Avqust 2017    Oxunub:1574
Avqustun 6-da Kürdə batmış şəxsin cəsədi bu gün səhər saatlarında tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış, 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:00-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti