Ağsuda canavar 70 yaşlı kişini parçalayıb - VİDEO

Ağsuda canavar 70 yaşlı kişini parçalayıb - VİDEO
  07 Avqust 2017    Oxunub:5621
Ağsu rayonunun Padar kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə canavar soxulub.
Həsrət Qurbanov mal-qaraya hücum çəkən canavarı həyətindən qovub çıxarmaq istəyərkən vəhşi heyvan onu parçalayıb. Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.

70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər aldığı üçün təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsinə çatdırılan yaralı dərhal əməliyyat olunub.

Kənd sakinlərinin sözlərinə görə, bu hadisədən sonra canavarlar kəndin örüş sahəsində yenidən mal-qaraya hücum edib.

Padar kəndinin sakinləri bildirir ki, əkin sahələrində qadınlar və uşaqlar da çalışır. İndi canavarların aktivləşməsi onların da həyatı üçün təhlükə yaradır.

Faktla bağlı araşdırma aparılır. (ARB TV)



AzVision.az


Teqlər: Ağsu   Canavar  





Xəbər lenti