Bakıda iki nəfər ölümdən döndü

Bakıda iki nəfər ölümdən döndü
  07 Avqust 2017    Oxunub:1263
Bakıda dənizdə batan iki nəfər xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:55-də başa çatıb.

AzVision.az



Teqlər: FHN   Xəzər  





Xəbər lenti