“Qalatasaray”dan Arda Turan sürprizi

“Qalatasaray”dan Arda Turan sürprizi
  06 Avqust 2017    Oxunub:4690
Türkiyənin “Qalatasaray” futbol klubu Super Liqada yeni mövsümün başlanmasına bir həftə qalmış sürpriz transfer etmək istəyir.
"CNN Türk" xəbər verir ki, “sarı-qırmızılar” klubun keçmiş üzvü Arda Turanı mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. Klub rəhbərliyi bu həftə yarımmüdafiəçinin məxsus olduğu İspaniyanın “Barselona” komandası ilə danışıqlar masasına oturacaq. Otuz yaşlı futbolçunun icarəsi üçün 2,5 milyon avro ödənilməsi nəzərdə tutulub. Bundan əlavə, A.Turan illik 4 milyon avro qazanacaq.

Transferin baş tutması tamamilə katalonlardan asılıdır. Bununla yanaşı, türkiyəli ulduzun milli komandaya geri dönmək şansının da olduğu bildirilir.

AzVision.az


Teqlər: Qalatasaray   Arda-Turan  





Xəbər lenti