FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb

FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb
  06 Avqust 2017    Oxunub:1256
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Sumqayıt  





Xəbər lenti