Ölümdən son anda xilas edildi

Ölümdən son anda xilas edildi
  06 Avqust 2017    Oxunub:1396
Sabunçuda dənizdə batan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 18:28-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Dəniz   Xəzər  





Xəbər lenti