Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
  05 Avqust 2017    Oxunub:1213
Bakıda mənzildə 53 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1964-cü il təvəllüdlü Mədətov Tofiq Qulu oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:39-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti