Yayda bu qidalardan uzaq durun! – VİDEO

Yayda bu qidalardan uzaq durun! – VİDEO
  05 Avqust 2017    Oxunub:2295
Qidaların düzgün olmayan istifadəsi, lazım olmayan temperaturda saxlanılmaması bu əlamətlərlə müşahidə olan qida zəhərlənmələrinə yol açır.
Son 1 ayda 31 nəfər qidadan zəhərlənib ki, bu da əsasən dolma və aş kimi yeməklərdən baş verib. Ət, toyuq və balıq kimi qidalar da zəhərlənməyə səbəb olur.

Sevindik Arazov (terapevt) : "Süd və ət məhsullarından az istifadə etmək lazımdır. Xəstəlik törədən bağırsaq çöpləri, bakteriyalar qıcqırmış mühitdə inkişaf edib arta bilirlər".

Siyahıya dondurma, moyanezli və souslu yeməklər də daxildir. Mütəxəssislər deyir ki, bu tip yeməkləri 1 gündən artıq saxlamaq və yemək olmaz. Meyvə və tərəvəzlər də yuyulmalı və 3-4 damcı sirkə tökülməlidir. Zəhərlənməli riskindən qorunmaq üçün qida rasyonuna ağartı məhsulu əlavə etmək və bol su içmək lazımdır. (ARB TV)



AzVision.az


Teqlər:





Xəbər lenti