Azərbaycanda dünən 89 cinayət törədilib

Azərbaycanda dünən 89 cinayət törədilib
  05 Avqust 2017    Oxunub:1065
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 89 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti