Gədəbəy sakini göldə batıb

Gədəbəy sakini göldə batıb
  05 Avqust 2017    Oxunub:1384
Gədəbəydə bir nəfər göldə batıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olmuşdur.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Gədəbəy   Göl  





Xəbər lenti