NATO Kiyevdə hərbi parad keçirəcək

NATO Kiyevdə hərbi parad keçirəcək
  04 Avqust 2017    Oxunub:1658
NATO-ya üzv ölkələrin ordularının nümayəndələri avqustun 24-də Ukraynanın müstəqilliyinin il dönümü münasibətilə Kiyevdə keçiriləcək hərbi parada qatılacaq.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib.
"Bu il bizim tərəfdaşlarımızın böyük əksəriyyəti Ukraynanın müstəqillik günü ilə bağlı paradda iştirak etmək istədiklərini bildirib. Alyansın silahlı qüvvələrinin nümayəndələri bizimlə birgə olacaq”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Kiyev NATO-ya üzv 29 ölkədən iştirakçı qəbul etməyə hazırdır. Hələlik altı ölkə öz iştirakını təsdiqləyib.

Xarici qonaqlarla yanaşı, hərbi paradda təxminən 4,5 min Ukrayna hərbçisi iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   NATO  





Xəbər lenti