Bakıda qardaş qardaşı qətlə yetirib

Bakıda qardaş qardaşı qətlə yetirib
  04 Avqust 2017    Oxunub:2187
Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib. Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər: Bakı   Qətl  





Xəbər lenti