FHN-in işçiləri barəsində cinayət işi başlanıb

FHN-in işçiləri barəsində cinayət işi başlanıb
  03 Avqust 2017    Oxunub:3126
Məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə olunmuş pirotexniki məmulatların mənimsənilməsi barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu haqda AzVision.az-a Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış araşdırmalar zamanı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunaraq saxlanması üçün FHN-ə verilmiş 167 min 887 manat dəyərində pirotexniki məmulatların nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində mənimsənilməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   FHN   Cinayət  





Xəbər lenti